Elmi təbabətin Anadolu torpaqlarında yarandığını bilirsinizmi?
Lent.az TRT-yə istinadən bildirir ki, Egey və Aralıq dənizinin qovuşduğu və günümüzdə Datça yarımadası kimi tanınan Knidos tarixdə ilk tibb mərkəzinin qurulduğu yer kimi bilinir. Eramızdan əvvəl 700-cü illərdə təbabətin elmi dövrü olaraq xarakterizə edilən Knidosun qarşısında isə ''təbabətin atası'' adlandırılan Hippokratın doğulduğu Kos adası yerləşir. Knidosda doğulub böyüyən həkimlər Anadolu, İran və Makedoniyadakı saraylarda tibb işçisi kimi çalışıblar.
Bəs niyə Datça? Rəvayətə görə, Knidosda hökmranlıq edən Kariya padşahının qızını ilan sancır və onu heç kim sağalda bilmir. Balıqçı atasından öyrəndiyi yerli otlardan hazırladığı məlhəmlə qızı sağaldır. Padşah yaşadıqları torpaqlardakı bütün çiçəklərin, otların, dəniz yosunlarının araşdırılmasını və onlardan dərmanların hazırlanması ilə bağlı göstəriş verir. Deyilənə görə, tarixdə ilk elmi tibb addımı məhz həmin gün atılır.
Eramızdan əvvəl 64-cü ildə yaşamış məşhur coğrafiyaşünas Strabonun da Knidos, yəni Datça haqqında “Allah uzun və sağlam yaşatmaq istədiyi bəndələrini bura göndərir” demişdir. Datça yarımadası Xüsusi Ətraf Mühitin Mühafizəsi Bölgəsi kimi qeydiyyata alınıb. Qeyd etməliyik ki, Datça təbiəti, 235 kilometrlik sahil zolağı və zəngin flora və faunası ilə məşhurdur.
Tarixdə ilk tibb mərkəzi harada yaranıb?
2070