Stendhal sindromu:  - Sürətli qəlb döyüntüsü, baş fırlanma, hətta halusinasiya...
04 fevral 2021 11:47 (UTC +04:00)

Stendhal sindromu: - Sürətli qəlb döyüntüsü, baş fırlanma, hətta halusinasiya...

Stendhal sindromu sənət əsərlərinin ehtişamı, möhtəşəmliyi və əzəməti qarşısında həyəcanlanmaq, sürətli qəlb döyüntüsü, baş frlanması və hətta halusinasiyalara səbəb ola biləcək haldır.

Lent.az xəbər verir ki, sindrom adını 1783-1842-ci illərdə yaşamış Stendhal təxəllüslü Fransız yazar Henri-Marie Beyle-dən almışdır. O, bu sindromu ilk dəfə 34 yaşında (1817) mənfi təcrübələrindən bəhs etdiyi ‘Milandan Reggioya Səyahət’ kitabında qeyd edib. Beləki, o, Florensiyada Santa Kroke Katedralında İtaliya Renessansına tamaşa edərkən Giottoun freskoları ilə rastlaşır və bu freskolardan hədsiz məftunluq duyur.

19-cu əsrdə bu tip hadisələrə çox rastlanılmasına baxmayaraq bu hal 1979-cu ildə psixiatr Graziella Magherini tərəfindən sindrom olaraq adlandırılmağa başladı. Bu sindroma ilk dəfə Stendhalda rast gəlindiyinə görə onun adı ilə tarixə keçmişdir. Həmçinin, sindromun ilk dəfə Florensiyada ortaya çıxması və bu gün də ən çox Florensiyada rastlanması səbəbilə ilə ‘Florensiya sindromu’ olaraq da qeyd olunur. Hətta bəziləri bunu ‘Sənət Xəstəliyi’ və ya  ‘Sənət Zəhərlənməsi’ də adlandırır. 

Təbii ki, ‘Florensiya sindromu’ sadəcə Florensiyaya məxsus deyil, digər möhtəşəm incəsənət əsərlərinin olduğu Luvr muzeyi, Vatikan, Ravenna kimi yerlərdə də sindroma rast gəlinir. Son illərdə isə, bu sindrom Uffizi Galereyasında (Florensiya) çox sıx müşahidə edilib. Xüsusilə də buradakı ‘The Birth of Venus’ əsərinə tamaşa edən turistlərdə qəlb döyüntüsü və tənəffüs sürətinin dəyişməsi halları qeyd olunur.

Həmçinin qeyd etməliyik ki;

1) Sindromu tibbi, psixi xəstəlik hesab etmək üçün kifayət qədər elmi sübut yoxdur.

2) Sindrom patoloji hal olaraq qeydə alınmayıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Oxşar yazılar