Sabah leysan yağacaq  - hava PROQNOZU
03 noyabr 2025 12:42 (UTC +04:00)

Sabah leysan yağacaq - hava PROQNOZU

0

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 998

Oxşar yazılar