Nərimanov və Sabunçu rayonlarında oğurluq  edənlər SAXLANILDILAR
03 noyabr 2025 12:17 (UTC +04:00)

Nərimanov və Sabunçu rayonlarında oğurluq edənlər SAXLANILDILAR

0

Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.

Lent.az xəbər verir ki, noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30 000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib. 

Nərimanov raypn Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb. 

Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus 2300 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən yeniyetmə də polis tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar