Bakı məktəbində görünməmiş OLAY:  Direktor dəyişdi, müəlimlər dərsə girməkdən  imtina etdi
03 noyabr 2025 15:15 (UTC +04:00)

Bakı məktəbində görünməmiş OLAY: Direktor dəyişdi, müəlimlər dərsə girməkdən imtina etdi

0

Bu gün Bakı şəhəri 147 saylı məktəb liseydə kütləvi narazılıq səbəbindən müəllimlər dərsə girməyiblər.

Lent.az-ın məlumatına görə, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən ikinci dərs zamanı 147 saylı məktəbə direktor kimi elan olunması olub.

Əldə etdiyimiz məlumata görə, bundan qəzəblənən müəllimlər dərsə girməkdən imtina ediblər və bildiriblər ki, son 5 ildir direktor əvəzi kimi çalışan Vüsalə xanımın dövründə məktəbin göstəriciləri xeyli yaxşılaşıb.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-ın sorğusuna bildirildi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən  147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib:

"Təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1112

Oxşar yazılar