Ömürlük sevgini necə qurmaq olar?  - 2 əsas addım
23 oktyabr 2025 13:52 (UTC +04:00)

Ömürlük sevgini necə qurmaq olar? - 2 əsas addım

0

Amerikalı psixoloq Mark Trevers uzunömürlü və möhkəm sevgini formalaşdırmağa kömək edən iki elmi əsaslandırılmış addımı açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqun vurğuladığı iki əsas addım bunlardır:

1. “Sevgi xəritəsi” yaradın

Möhkəm münasibətlərin bünövrəsi tərəfdaşın daxili dünyasını tanımaqdan başlayır. Burada söhbət sadəcə faktları bilməkdən getmir, “sevgı xəritəsi” partnyorun hisslərini, qorxularını, dəyərlərini, ümidlərini və zamanla dəyişən daxili ehtiyaclarını anlamağı nəzərdə tutur. Bu bilik cütlüklərə stresli dövrlərdən mehribanlıq və səbrlə keçməyə kömək edir, çünki siz yalnız reaksiyaya yox, öncədən duyuma əsaslanan davranış sərgiləyirsiniz.

2. Bir-birinizə “üz tutmağı” öyrənin

Partnyor ünsiyyətə, dəstəyə və diqqətə ehtiyac hiss etdikdə ona “üz tutmaq”, yəni cavab vermək, maraq göstərmək və emosional əlaqəni təsdiqləmək çox vacibdir. İgnor etmək və ya aqressiv reaksiya vermək isə tədricən yaxınlığı dağıdır. Gottmanların araşdırmalarına görə, xoşbəxt cütlüklər bu “üz tutma” reaksiyasını halların təxminən 86 faizində göstərirlər, ayrılan cütlüklər isə cəmi 33 faizində.

Mütəxəssislər bildirirlər ki, bu model ideallıq tələb etmir, əsas olan kifayət qədər tez-tez və ürəkdən istiqamətlənmək, diqqət göstərmək və münasibəti canlı saxlamaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar