Müsavat və AXCP-nin bağlanması ehtimalı varmı? - RƏY
03 noyabr 2025 14:25 (UTC +04:00)

Müsavat və AXCP-nin bağlanması ehtimalı varmı? - RƏY

0

Son günlər Ramiz Mehdiyev şəbəkəsinin ifşası fonunda bəzi müxalifət partiyalarının, xüsusilə AXCP və Müsavatın illərlə xarici qüvvələr və bu şəbəkə ilə gizli əlaqələrinə dair iddialar cəmiyyətdə geniş müzakirə olunur.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, bu partiyalar öz fəaliyyətlərinə xitam verməlidirlər:

Ermənistan təminatçı axtarır, Azərbaycan isə öz gücünə arxalanır” - Hikmət  Babaoğludan AÇIQLAMA | news365.az

“Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları Azərbaycanın ictimai-siyasi proseslərinə təsir imkanları olmayan lokal siyasi təşkilatlanmalardır. Hər iki partiya Vətən müharibəsində və ondan sonrakı 5 illik dövrdə fəaliyyətləri ilə özlərini siyasi sistemdən tamamilə kənarlaşdırıblar. Belə olan halda hər iki partiyanın bundan sonrakı mərhələdə mövcud olması şərtləri demək olar ki, yoxdur. Buna görə də, vahid siyasi ideologiya əsasında deyil, 1990-cı illərin xaotik siyasi prosesləri əsasında təşkilatlanmış olan bu partiyalar öz fəaliyyətlərinə xitam verməlidirlər. Siyasi partiyalar konkret ideologiya, dəyərlər əsasında formalaşan siyasi birliklərdir. Lakin nə AXCP-də, nə də Müsavat partiyasında bu ideologiyanın və dəyərlərin nədən ibarət olduğunu görə bilmirik. Ona görə də, bu partiyaların fəaliyyəti bu gün aktual hesab olunmur. Vaxt yetişib ki, onlar öz barələrində qərar qəbul etsinlər, əks təqdirdə onların bağlanması zərurəti yarana bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 914

Oxşar yazılar