Şampinyon bağırsağın vəziyyətini yaxşılaşdırır
15 aprel 2023 02:02 (UTC +04:00)

Şampinyon bağırsağın vəziyyətini yaxşılaşdırır

Şampinyonlar praktik olaraq həzm prosesində sovrulmayan göbələk lifləri ilə zəngindir. Bu göbələk lifləri süngər kimi fəaliyyət göstərərək zərərli olan hər şeyi özünə çəkir.

Lent.az xəbər verir ki, həkim-diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, şampinyonun lifi yoğun bağırsaqla irəliləyərək, böyük miqdarda zəhərli maddələri özünə hopdurur və daha sonra xaricə çıxarır.

Diyetoloq əlavə edib ki, şampinyondan istifadə bağırsağın peristaltikası üçün də faydalıdır. Əlavə olaraq onların lifi “yaxşı” bağırsaq bakteriyaları (xüsusilə bifidobakteriayalar, laktobakteriyalar) üçün qida mənbəyi rolunu oynayır. Bunun sayəsində immun sisteminin aktiv fəaliyyəti, orqanizmin infeksiyalardan effektli müdafiəsi, depressiyalı vəziyyətin profilaktikası və beyin xəstəlikləri ilə sıx bağlı olan bağırsaq mikroflorasının ümumi vəziyyəti yaxşılaşır.

Fərdi məhdudiyyətlər olmadığı halda şampinyon arıqlamağa cəhd göstərən insanlar üçün çox faydalıdır.

“Arıqlayanlar üçün şampinyon o cəhətdən ideal ərzaqdır ki, onlarda demək olar, kalorililik yoxdur. Şampinyonların bütün kalorililiyi yalnız liflə təmsil olunur. Məlumdur ki, lif həzm olunmur, üstəlik də onların tərkibində yağ və karbohidratlar yoxdur”, - deyə həkim vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Oxşar yazılar