Şahzadə Harri anası Diananın XƏYANƏTİNDƏN DANIŞDI
10 yanvar 2023 14:09 (UTC +04:00)

Şahzadə Harri anası Diananın XƏYANƏTİNDƏN DANIŞDI

Şahzadə Harri əsl atasının kimliyə ilə bağlı iddiaları cavab verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə öz xatirələrində onun əsl atasının Kral III Çarlz deyil, anası Diananın sevgilisi, mayor Ceyms Hevitt olduğunu inkar edib.

Harrinin sözlərinə görə, o, Hevittin oğlu ola bilməz. Buna səbəb isə Harrinin anası Diana Hevitt ilə o, doğulandan sonra tanış olub. Şahzadə dedi-qoduların əsl səbəbini "Hevitt'in qırmızı saçları" və "sadizm" səbəbindən olduğunu deyib.

Harri kitabda yazır:

"Tabloid oxucuları Şahzadə Çarlzın kiçik oğlunun əslində onun oğlu olmadığı fikrini çox sevirdilər. Nədənsə həmin “zarafat” onları heç vaxt narahat etmirdi. İş o yerə çatdı ki, jurnalistlər onun DNT nümunələrini oğurlamağa və kral ailəsi ilə əlaqəsini müstəqil şəkildə yoxlamağa çalışdılar".

Saray süvarilərində xidmət edən mayor Ceyms Hevitt 1986-cı ildə Şahzadə Harrinin üç yaşında ikən ziyafətdə Diana ilə tanış olub. Hewitt tezliklə şahzadəyə at sürmə dərsləri verməyə başladı. Bir neçə ay sonra Britaniya mətbuatı onların romantikaları haqqında məlumat verdi. 1995-ci ildə Diana Hewittlə Çarlzı aldatdığını təsdiqlədi.

Şahzadə Harrinin xatirələri 10 yanvar 2023-cü ildə təqdim olunacaq. II Yelizavetanın nəvəsinin Pulitzer mükafatı laureatı Con Mehrinqerlə birgə yazdığı 416 səhifəlik kitab “Spare” adlanır. Kitabın buraxılmasından əvvəl Harri kral ailəsi ilə münasibətləri haqqında danışdığı bir neçə açıq müsahibə verdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Fidan İlqar

Oxşar yazılar