Sadiq ev heyvanı kimi tanınan it mərhum sahibini xəstəxanada dörd ay gözləyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Braziliyanın San-Paulu şəhərində baş verib.
Belə ki, itin sahibi evsiz idi. Sadiq bir ev heyvanı ilə küçələrdə dolaşırdı. Şəhər parkında naməlum şəxs tərəfindən bıçaqlanan həmin adam xəstəxanaya yerləşdirilir. Təcili yardımın həkimləri heyvanları maşına buraxmadığından iti hadisə yerində qoyublar. Lakin o, maşının arxasınca qaçıb.
Klinikaya çatan it girişin önündə yerləşərək sahibinin qayıtmasını gözləyir. Həkimlərin səyinə baxmayaraq, kişi aldığı yaradan dünyasını dəyişir. Amma it gündən-günə onun qayıtmasını gözləməyə davam edirdi.
Bir müddət sonra Kristina Sardella iti görür. Qadın itin hekayəsini klinikanın əməkdaşlarından öyrənib, çox təsirlənib və sosial şəbəkədə sadiq ev heyvanı haqqında yazı yazıb.
Sao Paulo xeyriyyə fondlarından birinin işçiləri Sardella sayəsində heyvanı nəzarətə götürüb.
Sahibinin ölümündən 4 ay sonra iti sığınacağa aparıblar, sonra isə ona yeni ev tapıblar. Lakin it heç vaxt sahibini unudub, yeni yerdə kök sala bilməyib. Və evdən qaçır. Onun indi harada olduğunu heç kim bilmir.