Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin təfərrüatlarını açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, rejissor Ceyms Kemeron Fransanın “20 Minutes” telekanalına müsahibəsində “Avatar”ın üçüncü hissəsinin təfərrüatlarından danışıb.
Cameron, qarşıdan gələn filmdə hamıdan fərqli bir "Navi qəbiləsi"ni nümayiş etdirəcəyini deyib:
“İlk filmlərdə çox mənfi insan və çox müsbət Na’vi nümunələri var. "Avatar 3"də biz bunun əksini edəcəyik”.
Üçüncü hissədə Kemeron tamaşaçıların əvvəllər görmədiyi Pandora mədəniyyətlərini, o cümlədən, “döyüşkən atəş tayfasını” göstərəcəyini vəd edib.
Rejissorun sözlərinə görə, növbəti filmlər ən yaxşılar sırasında olacaq:
“Biz əsas personajların hekayəsini davam etdirərək yeni dünyaları kəşf edəcəyik. Deyə bilərəm ki, son hissələr ən yaxşısı olacaq. Qalanları giriş, bir növ əsas kurs üçün süfrə hazırlığı idi”, - deyə o vurğulayıb.