Qeyri-adi sualtı park
05 yanvar 2023 07:07 (UTC +04:00)

Qeyri-adi sualtı park

“OMA” arxitektura bürosu qeyri-adi – “ReefLine” sualtı park layihəsini tamamlamaq üzrədir.

Lent.az xarici saytlara istinadla xəbər verir ki, sualtı qurğu dəniz dibinin topoqrafiyasına uyğun salınmış beton modul bloklardan ibarət olacaq və dəniz həyatı üçün süni rif rolunu oynayacaq.

Mütəxəssislərin fikrincə, uzunluğu 11,2 kilometr olan sualtı park Florida sahillərində dəniz ekosisteminin bərpası üçün əsas olacaq, həmçinin okeanın flora və faunasını öyrənəcək turistləri cəlb edəcək.

Layihə müəllifləri hesab edirlər ki, sualtı park həm də külli miqdarda gəlir gətirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Oxşar yazılar