Polşanın Lyublin şəhərində yerli qəbiristanlığın ərazisində yerli sakin qəbirdən fəryad və yardım çağırışını eşidib, xilasediciləri ora çağırıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məlum olub ki, təxminən 5 metr dərinlikdəki çuxurda ayağı zədəli kişi uzanıb. Xilasedicilər onun yanına enərək yarasını bağlayaraq yuxarı çıxarıb və zərərçəkmişi həkimlərə təhvil veriblər.
60 yaşlı kişi anasının məzarını ziyarət etdiyini və bu zaman çatlamış beton plitəyə söykəndiyini deyib. Nəticədə o, məzara düşüb, daha sonra onun üzərinə beton plitə parçaları düşüb.