İspan atlet Beatris Flamini 510 gün yerin altında yaşayıb.
Lent.az-ın xəbərinə görə, 70 metr dərinlikdə təbii mağarada yaşayan qadının telefonu olmayıb. O, qurğu olaraq videokamera və fanar götürüb, bu müddətdə heç kimlə danışmayıb.
Çölə çıxdıqdan sonra danışmağa çətinlik çəkən qadının vəziyyəti normaldır. O, bu addımını elmi naminə atdığını deyib.