Dəhşətli hadisə Cənubi Afrika Respublikasında baş verib.
Lent.az-ın xəbərinə görə, qısa məsafəli uçuş həyata keçirən pilot havada ikən əlini atıb oturacağın altından su götürmək istəyir. Lakin səs gəldiyindən o, əyilib aşağı baxır və oturacağın altında qıvrılmış ... kobranı görür.
Lakin pilot özünü itirmir və elan edir ki, sərnişinlərdən birinin halı pisləşdiyi üçün təcili eniş edəcəyini bildirir. Təyyarə təhlükəsiz şəkildə yerə enib və sərnişinlər təhlükəsiz şəkildə hava gəmisindən düşüb. Təyyarəni ən axırda pilot tərk edib.
Kobranı isə xilasedicilər təyyarədən çıxarıb.