O qədər içmişdi ki, zooparka pələng oğurluğuna getdi – AXMAQLIĞIN QURBANI
31 may 2021 05:22 (UTC +04:00)

O qədər içmişdi ki, zooparka pələng oğurluğuna getdi – AXMAQLIĞIN QURBANI

Bəzən elə oğurluq hadisələri olur ki, cinayətkar öz axmaqlığının qurbanı olur.

Lent.az xarici mediaya istinadən arzularını gerçəkləşdirmək istəyən pələng oğrusunun başına gələn hadisəni təqdim edir:

Hadisə ABŞ-ın Nebraska ştatında baş verib. 33 yaşlı Jaklin Eyd çox oğurluqlar edib, əksəriyyətini də sərxoş vəziyyətdə. Çox istəyirdi ki, pələngə sahib olsun. Bəlkə də bu arzu onda uşaqlıq illərindən formalaşmışdı…

2015-ci ilin noyabrında qəti qərara gəlir ki, pələng arzusunu gerçəkləşdirsin.

Səhər saat 7. Xanım Eyd bu gün də sərxoşdu. Planı əvvəlcədən hazırlayıb. “Henry Dooley” Zooparkına üz tutur - şikarını, daha doğrusu, xəyallarının pələngini oğurlamağa gedir. Hələ park ziyarətçilər üçün açılmayıb.

Hasardan tullanaraq zoparka daxil ola bilir. Hətta mühafizəçilərin də yanından xəlvətcə keçməyi bacarır. Pələngin qəfəsinə doğru irəliləyir. İçkinin təsirindən özünü pələngdən güclü hiss edirdi. Əlini pələngə uzadaraq onu özünə sarı çəkməyə başlayır. Bu zaman yuxudan yeni ayılmış pələng onun əlini səhər yeməyi zənn edib gəmirməyə başlayır.  Sərxoş Eydin qışqırığına mühafizəçilər gəlir, artıq gec idi, Eydin barmaqlarından bir neçəsi pələngin ağzında idi…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5439
avatar

Rəsul SARI

Oxşar yazılar