Rusiyada kişinin beynindən 15 santimetrlik qurd çıxarılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Novorossiysk bölgəsində baş verib.
Bir kişi alnındakı ağrılı şişlə bağlı xəstəxanaya müraciət edib. Həkimlər əməliyyat zamanı şişin içərisində 15 santimetrlik qurd tapıblar.
Həkimlərin fikrincə, bu, dirofilarioz - parazitar xəstəlikdir. Ağcaqanadlar və ya digər böcəklər insanı dişlədikdə parazit süfrələrini prqanizmə ötürürlər. Belə bir xəstəlik yalnız parazitar bir araşdırma ilə cərrahi yolla müalicə olunur.
Əldə olunan məlumata görə, xəstə hazırda özünü yaxşı hiss edir.