Bu yaxınlarda Avstraliyanın Kvinslend Universitetinin nevroloqları beyinə yaddaşı bərpa etməyə və insultdan sonra özünü bərpa etməyə kömək edən mineral kəşf ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar hansı qidalarda bu mikroelement olduğunu müəyyən ediblər.
Bu mineral dəniz məhsulları, tam taxıl çörəkləri, Braziliya qoz-fındıqları və ətlərdə tapıla bilən seleniumdur. Avstraliyalı tədqiqatçılar seleniumun beyin yaşlanmasına necə təsir etdiyini öyrənmək üçün köhnə gəmiricilər üzərində təcrübə aparıblar. Onlar siçanlara bu mineralla qidalar verməyə başlayıblar. Nəticədə yaşlarının irəliləməsinə baxmayaraq, yeni neyronların istehsalını artırdıqlarını və onların idrak qabiliyyətlərinin zamanla yaxşılaşdığını görüblər.
Tədqiqatçılar həmçinin insult keçirmiş gəmiricilərdə seleniumun yaddaşa, konsentrasiyaya və qəbulediciliyə necə təsir etdiyi ilə də maraqlanıblar. Nəticələr göstərib ki, selen insultdan sonra gəmiricilərdə idrak qabiliyyətlərini bərpa etməyə kömək edib.
“Gənc gəmiricilər yaddaş və həssaslıq testlərinin öhdəsindən asanlıqla gələ bilirlər, lakin insultdan sonra bunu edə bilmirlər. Amma biz onlara selenium əlavələri verməyə başlayanda onların koqnitiv qabiliyyətləri bərpa olunmağa başlayıb”, - araşdırmanın müəllifi Tara Uolker izah edib.
Tədqiqatçılar hesab edirlər ki, onların kəşfi yaşlı insanlarda beyin funksiyasını yaxşılaşdırmaq üçün yeni metodların işlənib hazırlanmasına kömək edə bilər. Bununla belə, onlar xəbərdarlıq edirlər ki, selenium əlavələri çox zərurət olmadıqca qəbul edilməməlidir və mineralın həddindən artıq miqdarı orqanizmə zərər verə bilər.