İt qeyri-adi "saç düzümü" ilə bütün dünyada məşhurlaşıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Sinqapurda yaşayan, “pompom” ləqəbli it qeyri-adi saç düzümü sayəsində hər kəsin diqqətini öz üzərinə çəkməyi bacarıb.
İt bərbəri Andrea bu işlə uzun illərdir məşğul olduğunu bildirib:
“Amma itin sosial şəbəkələrdə bu cür maraqla qarşılanacağını düşünmürdüm”.