73 yaşlı İraq vəıtəndaşı Hüseyn Abdulla bığını sonuncu dəfə 1994-cü ildə qırxıb.
Lent.az-ın xəbərinə görə, 28 ildə bığın uzunluğu 2,4 metrıə çatıb. Turistlər və əhali bığa görə onunla şəkil çəkdirirlər. İşlədikdə və yatdıqda isə Abdulla bığlarını düyünləyərək arxaya atır.