İldırımın bu növlərini bilirdiniz?
04 iyul 2023 09:44 (UTC +04:00)

İldırımın bu növlərini bilirdiniz?

Azərbaycanda ildırım adətən fəsillərin keçid dövrlərində müşahidə olunur. Ən çox yazdan yaya, yaydan payıza, yəni keçid dövründə ildırım hadisələri baş verir. 

Maraqlıdır, bəs, ildırımın hansı növləri var?

Lent.az xəbər verir ki, ildırım hadisəsi zamanı bulud daxilində və ya buludla yer səthi arasında göy gurultusu ilə müşayiət olunan elektrik boşalmaları baş verir. Xarici görünüşünə və fiziki xüsusiyyətlərinə görə ildırımın 4 növü var:

Xətti şaxələnən ildırım ən çox müşahidə olunan atmosfer elektrikliyinin nəhəng qığılcımla boşalmasıdır. Xətti ildırım buludun öz daxilində iki bulud arasında və buludla yer arasında baş verə bilər. Yastı ildırım səssiz, qırmızımtıl işıqlanan buludun bir hissəsində tac boşalmalarında yaranan effektdir. Kürəşəkilli ildırım təbiətin çox nadir, müəmmalı və qəribə hadisəsidir. O kürəvi formadadır, yumruq bəzən də futbol topu və ondan da böyük günəş kimi parlaq olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3891
avatar

Arzu Qurbanlı

Oxşar yazılar