III Karlın tacqoyma mərasimindən  kuryoz görüntülər
08 may 2023 10:20 (UTC +04:00)

III Karlın tacqoyma mərasimindən kuryoz görüntülər

Böyük Britaniya kralının tacqoyma mərasiminə aylarla ciddi hazırlıq getsə də, tədbir bəzi kuryoz məqamlarsız ötüşməyib.

Lent.az xarici mətbuata istinadən mərasimdə qeydə alınmış ən maraqlı məqamlar barədə məlumat verir.

Kral ənənəvi lələkli qələmlə yazı yazarkən qələm yazmayıb, o özünü yazırmış kimi göstərməli olub.

Amerikalı pop müğənni Keti Perri tədbirə geyindiyi çəhrayı libas və həddən artıq selfi çəkməsi ilə diqqətləri üzərinə çəkib. Bundan əlavə, ulduz öz yerini tapmaq üçün bir xeyli səy göstərib, hər kəsi narahat edib.

Kralın  qohumu, şahzadə Endryuya qarşı əhalinin çox sərt reaksiyası olub, o hətta Bukinqem sarayının qarşısından keçəndə fitə basılıb. Buna səbəb şahzadənin adının qadınlara təcavüzdə hallanmasıdır. III Karl bu səbəblə onu saraydan qovub.

Şahzadə Annanın  şlyapası onun arxasında dayanmış şahzadə Harriyə mane olub və bu da sosial şəbəkələrdə zarafat mövzusuna çevrilib. Bəziləri Annanın şlyapasını Harrinin ayıbının örtülməsi üçün əla qalxan hesab etdiklərini yazıblar. Şahzadə Harrinin ayıbı isə xanımı Meqan Markl ilə birlikdə kral ailəsini tənqid edən xatirə kitabını dərc etməsi sayılır. Şahzadə Harri mərasimə xanımı olmadan qatılıb. O, 24 saat ərzində Britaniyanı tərk edib.



5 yaşlı şahzadə Lui isə tədbir boyu əsnəməsi ilə yadda qalıb. Lui Keyt Midlton və şahzadə Uilyamın oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar