Həkimlər buxar vannası qəbul etmək, ümumiyyətlə hamama girmək üçün günün ən yaxşı saatını araşdırıblar.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, doktor Larisa Qorbunovanın fikrincə, hamam üçün ən yaxşı zaman günortadır.
“Hamama günorta getmək faydalıdır. Orqanizm tamamən yuxudan oyanır, işə başlayır və hətta bir az yorulur. Günorta hamama getdikdən sonra o dincəlir və yenidən güclənir. Birdən-birə çox qaynar suya girmək zərərlidir. Orqanizmi isitmək, yüngül tərlədikdən sonra qaynar suyun altına girmək olar. İsti-soyuq su prosedurunu isə yalnız buna hazır olan orqanizmə tətbiq etmək olar. Soyuq suya baş vurmaq şimal xalqları üçün problem yaratmasa da, cənublular bu prosedur nəticəsində möhkəm xəstələnə bilərlər”,- deyə o qeyd edib.