Feminist yazarlardan qadınlara  MƏSLƏHƏT
09 mart 2021 13:01 (UTC +04:00)

Feminist yazarlardan qadınlara MƏSLƏHƏT

Feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır. Lakin daha çox onu geniş şəkildə - cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər. Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxıb.

Lent.az feminist yazarların qadınlara aid mühüm məsləhətlərini təqdim edir:

İstəyirsinizsə, səhv düşünün, amma hər məqamda öz qərarınızı verin… 

Doris Lessing


Simona De Bovuar 

İnsan qadın olaraq dünyaya gəlmir, zamanla qadın olur... 

Jane Austen

Bir qadın nələrsə bilirsə, bildiyini bacardığı qədər gizlətməlidir…


Doris Lessing

Qadınlar qorxaqdır, çünki uzun zamandır kölə kimi yaşayıblar. Sevdiyi insanla birgə yaşayanda belə düşüncələrini, duyğularını və hiss etdiklərini qoruyan qadınların sayı hələ də çox azdır…


Rebeca Vest

Mən feminizmin nə olduğunu tam olaraq heç bir zaman anlamadım. Tək bildiyim odur ki, duyğularımı fərqli şəkildə ifadə edən kimi insanlar mənə feminist deyirlər…

Anna Frank

Nə istədiyimi bilirəm, öz məqsədlərim var. İcazə verin özüm olum və o zaman hər şeydən razı olacam. Bilirəm ki, mən bir qadınam, güclü və cəsarətli qadın… 
 

Simona De Bovuar 

Qadının qanadları qırılır və ardından necə uçacağını bilmədiyi üçün günahlandırılır…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3330
avatar

Nigar Adil

Oxşar yazılar