Türkiyədə bu evin damını görənlər heyran qalır.
Lent.az yerli mediaya istinadla bildirir ki, Kocaelinin İzmit qəsəbəsində 47 yaşlı montyor Yusif Çeviker evinin damına Türkiyə və Azərbaycan bayrağını həkk edib.
O, Azərbaycan bayrağını 44 günlük Vətən müharibəsindən sonra dama boyadığını və bunun 3 aya başa gəldiyini bildirib.
Y. Çevikerin sözlərinə görə, Türkiyə bayrağını isə evinin damına 5 il əvvəl çəkib. Bu işlərdə ona qızı da kömək edib.