Eskimosların "kirayə arvad"  ənənəsi nədən qaynaqlanır? -  BELƏ YARANIB
29 iyul 2023 20:15 (UTC +04:00)

Eskimosların "kirayə arvad" ənənəsi nədən qaynaqlanır? - BELƏ YARANIB

Yəqin şimalda yaşayan eskimosların gələn qonaqlarına bir gecəlik öz xanımlarını hədiyyə etməsi barədə söhbətləri eşitmisiniz. Bu əfsanə deyil, reallıqdır. Bir eskimosun gələn qonağına öz xanımını təklif etməməsi borcunu qaytarmamaq qədər ayıb bir hal hesab olunur. Bəs bu ənənə hansı tələbatdan yaranıb?

Lent.az  “Belə yaranıb” rubrikasında maraqlı faktları təqdim edir.

Eskimoslar çətin iqlim şəraitində yaşasalar da, ailədə doğulan hər BİR uşaq onlara böyük sevinc verir. Hər uşaq həm də yeni işçi qüvvəsi deməkdir. Ona görə də, eskimos xanımını gələn qonağına bir gecəlik “kirayə verməklə” yeni uşağın doğulmasını arzulayırdı. Belə uşaqlar da atanın digər uşaqları kimi haqq sahibi olur, varis elan edilirlər.

Əsasən qız uşaqları doğulan ailələrdə ərlər öz arvadlarını gələn qonağa bir gecəlik hədiyyə etməklə oğul arzularını reallaşdırmağa çalışırdılar. Kişilər qadınlarını bir gecəlik hədiyyə edərkən əsla qısqanmırlar. Qonağın xanımı qəbul etməməsi isə böyük biabrıçılıq sayılır. 

Ev sahibi kişi arvadıyla gecə keçirmiş kişilərlə möhkəm dostluq qurur, belə dostları çox olan kişilər nüfuzlu kişilər hesab olunurlar. Eskimos tayfaları “kirayə arvad” ənənəsi nəticəsində bir- birləri ilə sıx bağlı olur, hər kəs bir-birinin övladının qayğısına qalır, savaşmırlar. Axı kimin balası kimin evindədir, demək olar ki, bilinmir.

Ailəyə yeni genin, yeni qanın gəlişi isə daha sağlam və güclü uşaqların doğulması ilə nəticələnir. Hər halda eskimoslar buna inanırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5460
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar