Dünyanın  ən çox danışılan   10 dili 
08 iyun 2023 17:23 (UTC +04:00)

Dünyanın ən çox danışılan 10 dili 

Etnoloq dünyanın ən çox danışılan 10 dilini açıqlayıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada 1,3 milyard insan Çin dilində danışır. Statistik olaraq dünyada hər altı nəfərdən biri Çin dilində danışır.

Siyahıda ikinci yeri ispan dili tutur. Dünyada 485 milyon insan ispan dilində danışır. 

Biznes, səyahət və beynəlxalq münasibətlərin ortaq dili olan ingilis dilini, xüsusən də Çin dili ilə müqayisədə öyrənmək asandır. Hazırda 373 milyon insan ingilis dilində danışır.

Son rəqəmlər göstərir ki, təxminən 362 milyon insan ərəb dilini ana dili kimi danışır. Lakin ərəb dili, Çin dili kimi, ləhcələrində o qədər fərqlidir ki, onu bir yerə qruplaşdırmaq çox çətindir.

Hindistanda 23 rəsmi dil var. Hind dili əsasən Hindistanın şimalında və Pakistanın bəzi bölgələrində danışılır. Təxminən 344 milyon insan hind dilində danışır.

Benqal hazırda Hindistanın bir hissəsidir. Şərqi Benqal Banqladeş kimi tanınır. Benqal dili hazırda Qərbi Benqaliyada yaşayan 234 milyon insanın ana dilidir.

15-ci əsrdən Portuqaliya tacirləri və müxtəlif  Portuqaliya müstəmləkələri Portuqaliya dilini Braziliya, Anqola, Mozambik, Kabo-Verde, Qvineya-Bisau, San-Tome və Prinsipi kimi ölkələrə gətiriblər. Bu dildə 232 milyon insan danışır.

Rus dili dünyada ən çox danışılan səkkizinci dildir. Anlaşılmaz qrammatikası və kiril əlifbası ilə məşhur olan bu dil Birləşmiş Millətlər Təşkilatında danışılan altı dildən biri olaraq qalır. Hazırda 154 milyon insan rusca danışır.

Hazırda 125 milyon insan yapon dilində danışır. Yapon dilində iki fərqli yazı sistemi var: hiragana və katakana. Çin dilində isə isə Kanci simvollarından çox istifadə edilir. 

Pakistan və Hindistanın Pəncab bölgəsində əsasən pəncablıların danışdığı hind-ari dilidir. Hazırda 101 milyon insan bu dildə danışır.

# 5778
avatar

Arzu Qurbanlı

Oxşar yazılar