Dünyanın ən böyük qum qalası tikildi -  FOTO
08 iyul 2021 03:14 (UTC +04:00)

Dünyanın ən böyük qum qalası tikildi - FOTO

Danimarkada dünyanın ən böyük qum qalası tikilib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, 4.860 ton qumun istifadə olunduğu qala, 2019-cu ildə Almaniyada tikilən 17 metr 66 santimetr hündürlüyündəki qala rekordunu qırıb. Bu qala 21 metr 16 santimetr hündürlüklə Ginnesin Rekordlar Kitabına da düşüb.

Üçbucaq şəklində tikilən qalaya naxışlar əlavə etmək üçün taxtadan dayaqlar düzəldilib.

30 ustanın çalışdığı qala tikintisində 4.860 ton qum istifadə edilməklə yanaşı, dözümlülüyü artırmaq üçün tərkibinə gil də əlavə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar