Dizlərə və onurğanın sağlamlığına  zərər verən poza   AÇIQLANDI
17 aprel 2023 14:23 (UTC +04:00)

Dizlərə və onurğanın sağlamlığına zərər verən poza AÇIQLANDI

Müasir insanların çoxu vaxtının çox hissəsini məhz bu mövqedə keçirir. İnsan üçün ən pis və ən qeyri-təbii duruş stulda oturmaqdır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu nevropatoloq Yevgeni Skripnik deyib.

Stulun diz və onurğanın “qatili” olduğunu deyən həki onun yaxınlarda icad edildiyini və belə bir pozanın insan üçün ən qeyri-təbii olduğunu söyləyib. Nevroloqun sözlərinə görə, insan orqanizmi nə anatomik, nə də genetik olaraq stulda oturmağa uyğunlaşmayıb.

Ekspert əlavə edib ki, insan üçün ən yaxşısı ayaqda durmaq və ya uzanmaqdır. Biz dayandığımız zaman onurğa bütün skelet tərəfindən dəstəklənir, yuxarı və aşağı ətrafların əzələləri də yaxşı vəziyyətdə olur. Amma biz oturanda onurğanın əzələləri zəifləyir və fəqərələr fəqərəarası disklərə təzyiq göstərir.

O, əvvəllər lisey şagirdlərinin ayaq üstə təhsil aldığını qeyd edib. Bu, onların duruşuna və rifahına müsbət təsir etdi.

Həkim bel əzələlərini gücləndirməyi, idman etməyi, aktiv olmağı tövsiyə edir. Oturaq bir işiniz varsa, ən azı yarım saatdan bir ara verin.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar