Diş fırçalamaq orucu pozur?
25 mart 2023 18:36 (UTC +04:00)

Diş fırçalamaq orucu pozur?

Oruc tutan insanları maraqlandıran məsələlərdən biri də diş fırçalanmasıdır. Diş fırçalamaq orucu batil edirmi?

Lent.az xəbər verir ki, Ramazan ayında dişləri fırçalamaq orucu pozmur. Lakin diş məcunu, misvak parçaları və ya su boğaza girərsə tutulan oruc batil olur.

Yəni, oruc tutmuş şəxs ağız suyu ilə qarışmış məcun hissəciklərini çalışıb udmamalıdır.

Ancaq yenə də daha rahat olmaq üçün dişlərin imsakdan əvvəl və iftardan sonra fırçalanması məqsədəuyğundur.

# 3360
avatar

Oxşar yazılar