Çin “süni Günəş” layihəsində  yeni mərhələyə keçdi
07 oktyabr 2026 07:19 (UTC +04:00)

Çin “süni Günəş” layihəsində yeni mərhələyə keçdi

0

Çində nüvə sintezi yolu ilə enerji əldə etməyi hədəfləyən BEST eksperimental reaktorunun əsas montaj işlərinin yarıdan çoxu tamamlanıb.

Lent.az xəbər verir ki, layihənin məqsədi Günəşdə baş verən proseslərə bənzər nüvə sintezi reaksiyalarını Yer şəraitində yaratmaqdır.

Bu texnologiyanın uğur qazanacağı təqdirdə böyük həcmdə enerji istehsal etmək və karbon emissiyalarını azaltmaq mümkün ola bilər.

Lakin alimlər kommersiya məqsədli nüvə sintezi elektrik stansiyalarının yaradılması üçün hələ bir sıra texniki problemlərin həll edilməli olduğunu bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar