PS-35
25 sentyabr 2022 06:00 (UTC +04:00)

PS-35

Çeyrankeçməzi keçə bilməyən təyyarə - 80 il əvvəl baş verən qəzanın TARİXÇƏSİ

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 32-Cİ YAZINI TƏQDİM EDİR.

Tarix: 11 noyabr 1942.

1942-ci ilin payızı. Sovet İttifaqı üçün müharibənin ən ağır dövrlərindən biri. Ölkənin Avropa hissəsini yarıdan çoxu faşist Almaniyası tərəfindən tutulub. Bu ərazidəki infrastrukturun müəyyən hissəsi Qafqaza köçürülüb. O cümlədən Kiyev Xüsusi aviasiya dəstəsi Tiflisə yerləşdirilib.

Lent.az sovet arxivlərindən əldə etdiyi materiallara istinadla xəbər verir ki, belə bir ağır vəziyyətdə aviadəstə PS-35 (ANT-35) tipli təyyarə ilə xüsusi tapşırıq yerinə yetirmək üçün Bakıya yollanır. Uçuş normal keçir və ertəsi gün saat 12.45-də təyyarə 5 ekipaj üzvü və 1 sərnişinlə Tbilisiyə geri qayıtmaq üçün havaya qalxır. Təyyarədə yük olmayıb.

Bakı-Hacıqabul Tbilisi marşrutunun ilk yarısında 400-500 metr, sonra isə 600 metr yüksəkdə buludluluq vardı. Marşrut düzənlik ərazidən keçirdi. Bu şəraitdə marşrutdan çıxmaq qəti qadağan idi. 

Lakin pilot yolu qısaltmaq üçün dağlıq ərazidən, Şamaxı rayonu ərazisi ilə uçmağa qərar verir. Yol 900 metr yüksəklikdə dağların üstü ilə keçirdi və buludla örtülü idi. 4 dəqiqə sonra pilot koordinatı soruşur və təyyarə ilə əlaqə kəsilir. 

Ertəsi gün məlum olur ki, Bakıdan Qərbə  dağların üstü ilə 90 km yol qət edən təyyarə təxminən 15 dəqiqə sonra Şamaxının Ceyrankeçməz  kəndi yaxınlığında 900 metr yüksəklikdə dağa çırpılıb. Bundan sonra təyyarə havada çevrilərək yerə çırpılıb və alışıb. Bütün ekipaj üzvləri həlak olub, sərnişin yüngül xəsarət alıb.

Beləliklə, pilotun özbaşına qərarı hər bir texnikanın dəyərli olduğu dövrdə daha bir maşının itirilməsi və 5 ixtisaslı kadrın ölümü ilə nəticələndi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4083
avatar

Oxşar yazılar