Bu ölkədə peyvəndləməni sürətləndirmək üçün UDUŞA MİLYON YARIMLIQ EV ÇIXARILDI
01 iyun 2021 08:36 (UTC +04:00)

Bu ölkədə peyvəndləməni sürətləndirmək üçün UDUŞA MİLYON YARIMLIQ EV ÇIXARILDI

Honqkonqda peyvəndləməni sürətləndirmək üçün maraqlı üsula əl atılıb. Peyvəndin hər iki dozasını qəbul edən şəxslər külli miqdarda büdcəsi olan lotereyada oynamaq imkanı qazanacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məqsəd əhali arasında peyvəndləmə prosesinin genişləndirməkdir.

Lotereyanın əsas mükafatı 1,4 milyon dollar dəyərində yeni mənzildir. Bundan başqa uduşa 20 nəğd pul mükafatı da qoyulub – 13 min ABŞ dolları. 

Beynəlxalq Hava Limanının rəhbərliyi isə öz işçiləri və şəhər sakinləri üçün sentyabr ayının sonuna qədər iki doza peyvənd alacaq sərnişinlərə 60 min Honkonq dolları dəyərində aviabiletlər vəd edib.

Qeyd edək ki, Honqkong hökuməti əhalinin, xüsusən də gənclər arasında aşağı səviyyədə peyvənd olunmasından narahatdır. 7,5 milyon əhalisi olan metropol sakinlərinin 17,6% -i koronavirus peyvəndinin ilk dozasını, 12,9 %-i isə hər iki dozasını qəbul edib.
 

# 1431
avatar

Rəsul SARI

Oxşar yazılar