İnsanın havasız qala bilmə müddəti adətən 2 dəqiqəni keçmir. Amma bəzi canlılar uzun müddət havasız qala bilir. Bu zaman onlarda ürək ritmi də aşağı düşür.
Lent.az-ın xəbərinə görə, kaşalotlar 80-90 dəqiqə nəfəslərinis saxlaya bilir. Dərin suda ov edən cənub dəniz fili 100 dəqiqəyədək havasız yaşaya bilir.
3 il əvvəl isə 1 dimdikli balina 3 saat 40 dəqiqə su altında qalaraq Ginnesin Rekordlar kitabına düşüb.