Atası Asiyanın ən varlı  adamıdır: Bütün dünya çantasının  qiymətindən DANIŞIR
09 iyul 2026 19:46 (UTC +04:00)

Atası Asiyanın ən varlı adamıdır: Bütün dünya çantasının qiymətindən DANIŞIR

0

Asiyanın ən varlı iş adamı Mukeş Ambaninin qızı İşa Ambani dəbdəbəli çantası ilə moda nümayişində böyük bir sensasiyaya səbəb olub. Yalnız bir dodaq boyası tutacaq qədər böyüklükdə olan brilyantla örtülmüş çantanın dəyəri 2 milyon dollardır. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Mukeş Ambaninin qızı İşa Ambani bir neçə gün əvvəl keçirilən moda nümayişində mikro ölçülü lüks çantası və brilyant zərgərlik əşyaları ilə diqqəti cəlb edib.

34 yaşlı Ambaninin kiçik çantası minlərlə kəsilmiş brilyantdan istifadə edərək incə sənətkarlıqla hazırlanıb. Kiçik ölçüsünə baxmayaraq, yalnız bir dodaq boyası tuta bilən çanta yüksək dəyəri və eksklüziv dizaynı ilə izləyiciləri valeh edib. 

Çantanın dəyərinin 2 milyon dollardan çox olduğu bildirilir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar