Meksikalı Mayra Rosalesin həyatı hər kəs üçün örnək ola bilər. Bu qadının çəkisi bir zamanlar 450 kiloqram olub.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 360 kiloqram arıqlayıb 90 kiloya çatan 42 yaşlı Mayra nəhayət, normal həyata dönə bilib.
Bu qərara 14 il öncə, 2 yaşlı bacısı oğlunun qətlində ittiham edildikdən sonra gəlib.
2008-ci ildə Texas sakini Mayra Rosalesin 2 yaşlı bacısı oğlunun üstünə yıxılaraq onu öldürdüyü bildirilmişdi. Onu həbs etmək üçün gələn polislər qadın qapıdan keçə bilmədiyinə görə, yaşadığı evin divarlarını sökmüş, məhkəmə zalı isə ona uyğun qurulmuşdu. Məhkəmənin davam etdiyi günlərdə Mayra onun üçün hazırlanmış xüsusi çarpayıda elə məhkəmə binasında iclas zalında qalırdı. Çünki onu harasa aparıb-gətirmək böyük əziyyət idi.
İddialara görə, Mayra uşağı bilməyərək əzib öldürmüşdü. Lakin vəkillər ona inanmırdılar. Mayra günasız görünürdü. Sonra məlum olub ki, uşağı öz anası döyərək öldürüb, Mayra isə onun təqsirini öz boynuna alaraq ölümə məhkum olunmaq istəyib. “Onsuz da yaşamağımın mənası yox idi. Bacımı xilas etmək istəyirdim”, - o sonralar bildirmişdi.
Qəzetlər həmin dövrlər Mayra haqqında yazanda “Yarım tonluq qatil” təxəllüsünü işlədirdilər.
Mayranın günahsz olduğu aşkarlandıqdan sonra qadında yaşamaq həvəsi yaranın. Bacısına 15 il həbs cəzası verilib. O isə həkimlərin köməyi ilə artıq çəkiləri ilə mübarizəyə başlayıb.
Hyuston şəhərində mütəxəssislərin yardımı ilə ilk həftədə 45 kilo verən Mayra sonra əməliyyatsız 250 kilodan azad olub. Daha sonra mədəkiçiltmə və sonda dəri sallanmalırını aradan qaldırmaq üçün plastik əməliyyat keçirib. Bu gün Mayra 90 kilo çəkidədir və hamı kimi normal həyat yaşayır.
Onun həyat hekayəsi o qədər qeyri-adidir ki, haqqında “Yarm tonluq qatil” adlı sənədli film çəkilib.