Zihni Göktayın qızı atasının  son arzusunu AÇIQLADI
06 iyul 2026 18:25 (UTC +04:00)

Zihni Göktayın qızı atasının son arzusunu AÇIQLADI

0

81 yaşında dünyasını dəyişən məşhur türkiyəli aktyor Zihni Göktayın son arzusu açıqlanıb.

Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə onun qızı Zeynep Göktay Dilbaz sosial şəbəkədə paylaşım edib.

Atasının son günləri barədə danışan Zeynep Göktay bildirib ki, aktyorun ilin əvvəlində Ankara qastrolu zamanı omba sümüyünü sındırdıqdan sonra sağlamlıq problemləri daha da ağırlaşsa da, həyata bağlılığını və səhnəyə qayıtmaq arzusunu heç vaxt itirməyib.

"Atam son ana qədər yenidən səhnəyə çıxacağına və çox sevdiyi tamaşaçıları ilə görüşəcəyinə inanırdı. Həyata sevincini, marağını və ümidini heç vaxt itirmədi. Onu sevən, bu müddətdə zəng edib halını soruşan və yanımızda olan hər kəsə ailəmiz adından sonsuz təşəkkür edirik", - o qeyd edib.

Xatırladaq ki, Türkiyə teatrının tanınmış simalarından biri olan Zihni Göktay uzun müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

O, “Hababam sınıfı askerde”, “Cennet Mahallesi”, “Tosun Paşa”, “Atla gel, Şaban”, “Ulan İstanbul” kimi məşhur film və seriallarda rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar