Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub qapısı” yaşayış kompleksində baş verən yanğın zamanı yeni evlənən aktyor Əmrah Dadaşov xanımı aktrisa Asya Atakişiyeva zəhərlənib.
Lent.az-ın əldə etdiyi məlumata görə, yanğın zamanı cütlük də həmin binada evlərində olublar. FHN əməkdaşları hadisə zamanı onları evdən çıxarmağa nail olublar. Həkimlərin müdaxiləsindən sonra cütlüyün vəziyyəti bu gün normaldır.
Qeyd edək ki, Əmrah və Asya 2019-cu ilin noyabrında nişanlanıb. Onların toyu pandemiyaya görə bir neçə dəfə təxirə düşsə də noyabrın 15-də baş tutub.