“Hababam sınıfı” filmindən “Hayta İsmail” obrazı ilə tanınan aktyor Ahmet Arıman ailə qurmağa hazırlaşır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 63 yaşlı aktyor 23 yaşlı xanımla nikah masasına oturacaq. Aktyorun ailə həyatı quracağı Kader Kayhanın keçmiş həyat yoldaşı Tarık Aydın cütlük barədə təəccüb doğuracaq açıqlama verib. O bildirib ki, həyat yoldaşı aktyora görə ondan ayrılıb. Ahmet Arıman isə yayılan söz-söhbətlərə əsəbiləşərək “Biz tanış olanda onlar boşanırdılar. Könül əyləndirmirik, evlənirik” söyləyib.