“Lider” televiziyasında bu yaxınlarda işdən ayrılan Lamiyə Ələkbərovaya İTV-də yeni vəzifə verilib.
Axşam.az-ın məlumatına görə, aparıcı İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
Ələkbərovanın bundan sonra müəllifi və aparıcısı olduğu Həyat tərzi” verilişi də İTV-də yayımlanacaq.
Qeyd edək ki, aparıcı 22 ildir televiziya sahəsində çalışır. O, bundan əvvəl Lider TV-də direktor müavini vəzifəsində çalışıb.