Tanınmış azərbaycanlı müğənni övlad həsrətindədi
09 avqust 2017 14:59 (UTC +04:00)

Tanınmış azərbaycanlı müğənni övlad həsrətindədi

 

Müğənni Vüqar Muradov ailə qurmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb. Bir müddət öncə nişanı qayıdan Vüqar yenidən eşq yaşamaq istəyini bildirib: “İl yarımdır ki, nişan qaytarılıb. Yəqin ki, bundan sonra barəmdə neqativ yazılar olmayacaq. Nişan qayıdandan sonra evlənmək həvəsim soyudu. Amma hərdən düşünürəm ki, evlənmək vaxtıdır. Yaş keçir”.

 

İfaçı onu da əlavə edib ki, illərdir övlad həsrəti ilə yaşayır: “Nə yalan deyim, həqiqətən bəzən tək yaşadığım üçün çox darıxıram. Harda uşaq gördüm, dərhal yaxınlaşıb öpürəm. Məndə uşaq, övlad sevgisi fantastik dərəcədədi. İnşAllah qismət, evlənərəm, övlad həsrətinə son qoyaram”.

 

Müğənni onu da əlavə edib ki, yaradıcılığına sıfırdan başlayacaq: “Bu günə qədər mənə çox mahnı göstəriblər. Çox səhv edib, bəzilərini repertuarıma daxil edirdim. Mahnıda özümü görmürdüm, amma oxuyurdum. Amma bilmirdim ki, niyə oxuyuram. Ona görə də bu günə qədər neçə mahnı oxudum, heç biri “tutmadı”. Yəni sevilmədi. Niyəsi də özümdədir. Çünki seçimim doğru olmayıb. Düz 9 il tənbəllik etdim. Amma indi yenidən sənətimə həvəslə başlamışam. Bu günə qədər sənətimə nə qədər pul qoyduğumu da bilmirəm. Mənim evim yoxdur, maşınım var. Reklamıma görə avtomobilimi satmaram”. 

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır. 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar