Müğənni Zarina: “Zeynəb Xanlarova əlçatmazdır” - <span style="color:red;">MÜSAHİBƏ
20 may 2014 12:46 (UTC +04:00)

Müğənni Zarina: “Zeynəb Xanlarova əlçatmazdır” - MÜSAHİBƏ

“Amma heç vaxt, heç vaxt demə”

 

 

“Mən bu aləmə qatılanda, şou aləmini belə zənn etmirdim. Hər şeyi daha yaxşı düşünürdüm. Amma xəyallarım puç oldu.  Sonradan gördüm ki, hər şey göründüyü kimi deyil. Bu aləm həqiqətən də çox fərqlidir”. Bu sözləri Lent.az-a müsahibəsində müğənni Zarina Məmmədova deyib. O, müsahibəsində bu sənətdə gördüyü və görəcəyi işlərdən başqa, bir neçə məqama da toxunub.

 

 

- Şou aləminə qatıldığın ilk gündən bəri bir neçə prodüserlə işləmisən. İndi Təranə Səmədova ilə birgəsən. Bir çoxları deyirlər ki, Təranə qalmaqallı prodüserdir. Siz necə düşünürsüz?

 

 

- (Gülür) Çox şükür, Təranə ilə iş birliyim yaxşı gedir. Allah onun da, mənim də işlərimi bundan da yaxşı edəcək. Çünki zəhmətkeşik. Bilirsən, illərdir bu aləmdəyəm. Sənətə gələn gündən öz yerimi tutmağı düşünmüşəm.  Çünki kiməsə özümü bənzətmirəm.

 

- İndi istədiyin yerdəsən?

 

- Yox, həmin yeri tutmağıma hələ çox var.

 

- Bunun üçün sənə nə lazımdı?

 

- Bunun üçün ən əsası zaman, yaxşı mahnılar, maraqlı proyektlər. Elə şeylər var ki, onu zamanla etməliyəm. İndi mümkün deyil.

 

 

 

- Sənətə gələn hər kəs belə desək,  kumirinə baxıb, bu aləmə qatılır. Sən kimə baxıb bu sənətə gəlmisən?

 

- Lap uşaqlıqdan xalq artisti Zeynəb Xanlarovanın heyranı olmuşam. Həqiqətən bu xanım sənətdə əlçatmazdır. Onun sənətkarlığına həsəd aparıram. Mən heç bilmirəm onun olduğu zirvəyə gəlib çataram, yoxsa yox. Bunu zaman göstərər. Özümə kumir olaraq həmin xanımı seçmişəm.

 

 

- Şou-biznesə uyğunlaşa bilirsən, yoxsa?

 

- Bu aləmdə çox dəyərli sənətkarlarımız var. Mən də yaxşılara baxıb, ibrət götürürəm. O baxımdan uyğunlaşa bilirəm. Digər tərəfdən isə bu aləmdə hazırda sakitlik, durğunluqdur.

 

- Arada Türkiyə şou aləminə də can atırdın. Proyektlərin ardı niyə gəlmədi?

 

- Hə, bir ara Türkiyədə çıxış edirdim. Hətta “Dəlilik” adlı mahnım Türkiyədə Kral TV- dən savayı bir neçə telekanalda yayımlandı. Orada tanınmaq iddiam yox idi. Sadəcə, yenilik axtarırdım. Prodüserdən təklif gəldi dəyərləndirdim. Amma yenə də deyirəm ki, Türkiyədə tanınmaq niyyətində deyildim.

 

- Nəsə əldə edə bildin?

 

- Hə, orada albom çıxardım, mənə düşərli oldu. “Dəlilik” adlı albomumun səs-sorağı hətta Bakıya gəlib çıxmışdı.

 

 

- Azərbaycan müğənniləri özlərini Türkiyədə tanıda biliblərmi?

 

- Azərbaycandan Türkiyəyə  gedib tanınmaq iddiasında olan müğənniləri yalnız orada olan musiqiçilər tanıyır. Amma xalq arasında Azərbaycandan yalnız Azəri Günelin adını eşitmişəm.

 

- Şou aləmində plastik əməliyyat dəbdir. Bəs Zarina niyə o dəbdən geri qalıb?

 

- Sözün açığı bir ara mən də plastik əməliyyat etdirəcəkdim. Amma sonra fikrimdən daşındım, sünilikdən qorxdum. Təbii görünüşümdən razıyam. Ona da vaxt tapılar.

 

- Bəs ailə qurmağa necə?

 

(Bir az düşünür...) Çətin sualdır. Belə bir deyim var: “Heç vaxt, heç vaxt demə”. Bax, mən o prinsiplə yaşayıram. 

 

- Sevdiyin varmı?

 

- Yoxdur. Amma məni sevənlər çoxdur. Mən kimisə sevmirəm. Bir az çətin adamam. Məni sevən adam gərək sevdiyini sübut etməlidir, məni inandırmaq çətin məsələdir.

 

- Gələcək planların?

 

- Mənə qabaqcadan demək düşmür. Çünki həyat deyir ki, “Sən saydığını say, gör fələk nə sayır”. Ona görə qorxuram ki, iddialı nəsə deyərəm, sabah da həmin iş həyata keçməsin, yalançı olum. Amma bir tək onu deyə bilərəm ki, yeni işlərim çoxdur. Bu il dayanmaq yoxdur. Daim irəli...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1486
avatar

Yalçın UĞUR

Oxşar yazılar