Di Kaprio ilə öpüşmək "dəhşət" idi  - Məşhur aktrisa
14 iyun 2024 12:24 (UTC +04:00)

Di Kaprio ilə öpüşmək "dəhşət" idi - Məşhur aktrisa

Britaniyalı aktrisa Keyt Uinslet kult filmi “Titanik”də Leonardo Di Kaprio ilə öpüşmə xatirələrini bölüşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kate Uinslet Di Kaprionun "əsl romantik" olduğunu və bütün gənc qızların onunla öpmək istəyinin təəccüblü olmadığını söyləyib. Bununla belə, Uinslet yumorla qeyd edib ki,  onunla öpüşmək asan deyil.

"Hər çəkilişdən çıxanda sanki şokolad və karamel yeyirdim, çünki onun makiyajı məndə qalırdı. Öpüş səhnəsindən sonra qrimimiz təzələnməli olurud", - aktrisa söyləyib.

Aktrisa ilk öpüş səhnəsində dizini məhəccərə vurduğu üçün səhnəni bir neçə dəfə yenidən çəkdiklərini deyib.

"Leo gülməyi dayandıra bilmədi və biz bunu təxminən dörd dəfə təkrar etməli olduq”, - Uinslet xatırladıb.

Qeyd edək ki, 1997-ci ildə “Titanik” filminin çəkilişləri zamanı Leonardo Di Kaprionun 22, Keyt Uinsletin isə 21 yaşı olub. Filmin nümayişindən sonra onlar dost qalıblar, bu da onların sevgili olmaları barədə söz-söhbətlərin yayılması ilə nəticələnib. Ancaq hər iki aktyor həmişə bu şayiələri təkzib edərək, həmişə sadəcə çox yaxın dost və həmkar olduqlarını iddia ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6702
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar