Müğənni Günay İbrahimli ailəsi ilə istirahətə yollanıb.
Lent.az xəbər verir ki, müğənni bunun üçün Qubaya, Xınalıq kəndinə yollanıb. Günay gəzinti görüntülərini sosial şəbəkədə yayımlayıb. Videoda sənətçinin anası, atası və bacısı yer alıblar. Günay valideynlərinin görüntüsünə "35 illik eşq. Dualarında adım keçən iki insan: onlarla güclüyəm" qısa şərhini yazıb.
Həmin video görüntünü sizə təqdim edirik: