[b]Məşhur musiqiçinin ölüm səbəbi bəlli oldu[/b]
10 may 2017 21:10 (UTC +04:00)

[b]Məşhur musiqiçinin ölüm səbəbi bəlli oldu[/b]

Məşhur italiyalı musiqiçi Robert Maylsın vəfatının səbəbi açıqlanıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Mirror” qəzeti yazıb.

 

Məlumata əsasən, 47 yaşlı Robert Mayls xərçəng xəstəliyindən əziyyət çəkirmiş.  “Robert Mayls son doqquz ay ərzində xəstəliklə mübarizə apardıqdan sonra dünyasını dəyişib”, qəzet yazıb.

 

R. Mayls ötən gün İspaniyanın İbitsa şəhərində vəfat edib. Əsl adı Roberto Konçina olan musiqiçi 1995-ci ildə “Children” mahnısı ilə məşhurlaşıb. Kompozisiya bir neçə həftə ərzində dünya hit-paradlarına başçılıq edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar