Müğənni Nikki Minajın evi qarət olunub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçının Los Ancelesdəki evindən 200 min dollar dəyərində qızıl-zinət əşyaları götürülüb.
Bundan başqa, oğrular evi dağıdaraq, sənətçinin bahalı paltarlarını cıraraq, parfüm flakonlarını sındıraraq da ona maddi ziyan vurublar.
Hadisə zamanı Nikki evdə olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır. Əmlak təhlükəsizlik kameraları ilə təchiz olunsa da, polis hələlik şübhəliləri müəyyən edə bilməyib.