Müğənni Madonna Malavi Respublikasından iki əkiz qız uşağını övladlığa götürüB.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu gün sənətçi 4 yaşlı qızların – Stella və Esterin fotolarını sosial şəbəkədə paylaşıb və yazıb:
“3 gözəl. Ludres uşaqlar evində vaxtını Stella və Esterlə keçirib”.
58 yaşlı ifaçının hesabında yerləşdirdiyi foto 6 ay bundan əvvəl çəkilib.
Qeyd edək ki, Madonna bundan əvvəl adıçəkilən ölkədən 2008-ci ildə Devid Banda adlı bir oğlan, 2009-cu ildə Mersi Ceyms adlı bir qızı götürüb saxlayır. Müğənninin özünün isə Ludres adlı qızı, Rokko adlı oğlu var.