İstanbulun Beşiktaş rayonunda “Conrad” oteldə keçmiş sevgilisi Filiz Aker tərəfindən öldürülən məşhur aparıcı Vatan Şaşmaz 5 ay sonra ata olacaqmış.
Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, qətl hadisəsinin məhz bu səbəbdən törədildiyi ehtimal edilir.
Məşhur aparıcının iki il əvvəl evləndiyi həyat yoldaşı Yasəmən Adalı 4 aylıq hamilədir. İstirahət üçün Mersin əyalətinin Tarsus rayonunda olan Yasəmən Adalının Vatan Şaşmazın ölüm xəbərini eşidən kimi İstanbula gəlmək üçün yola çıxdığı bildirilib.