Son zamanlar müsəlman olması barədə xəbərlər yayılan aktrisa Lindsi Lohan Küveytdə proqramlardan birində qonaq olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Lindsi qatıldığı verilişdə maraqlı açıqlamalar verib. O, namaz qıldığını və Ramazanda 3 gün oruc tutduğunu bildirib:
"Küveytli dostumla Ramazan ayında 3 gün oruc tutdum. Çətin idi, amma yaxşı təsir etdi. Özümü yaxşı hiss etdim".
Tez-tez Türkiyəyə gedən, türk və ərəb dilini öyrənən aktrisa ABŞ höküməti tərəfindən sıxışdırıldığını da vurğulayıb. O, 2015-ci ildə əlində "Qurani-Kərim”lə çəkilmiş şəklinə də belə aydınlıq gətirib:
"Qurani-Kərim" mənim üçün təsəlli tapdığım yeganə etibarlı mənbədir”.