Iyulun 6-da iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov oğluna toy edir.
Axşam.az-ın məlumatına görə, Hafiz Məmmədovun oğlu Kənan “Nurgün Motors” şirkətinin prezidenti Nuru Əliyevin qızı ilə ailə həyatı qurur. “Buta Palace”da baş tutan toy mərasimində dünyanın bir çox məşhur müğənniləri, o cümlədən PSY və Tarkanın iştirakı gözlənilir.
Qeyd edək ki, Kənan Məmmədov Azərbaycanın Xorvatiyadakı fəxri konsuludur.